Konfrans Liqasının qrup mərhələsinin 2-ci turunda "Omoniya"nın qonağı olacaq "Qarabağ" bu gün Cənubi Kiprə yollanacaq.
Ağdam təmsilçisi çarter reysi ilə, saat 18.00-da Bakıdan Larnakaya, ordan isə avtobusla Nikosiyaya gedəcək. “Köhlən atlar” “Landmark” oteldə məskunlaşacaq.
Bu məlumatı “Football-plus.az” saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə verib. “Qarabağ” rəsmisinin sözlərinə görə, Nikosiyaya UEFA-nın sifariş ərizəsində olan 28 futbolçudan 5-i aparılmayacaq. Bunlar zədəlilər Xayme Romero, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Zamiq Əliyev və Amin Ramazanovdu.
İLKİN SULTANLI