Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsi start götürüb.
“Football-plus.az” saytının məlumatına görə, şahmat yığmamızın liderləri ilk 3 turda məğlubiyyətlə üzləşiblər.
Şəhriyar Məmmədyarov 4 rapid partiyada Uesli Soya (ABŞ) 1:3, Teymur Rəcəbov isə tay-brekə qədər uzanan görüşdə Vladislav Artemyevə (Rusiya) 2,5:3,5 hesabı ilə yenilib. Rəcəbov 2-ci turda da tay-brekdə məyus olub. Hikaru Nakamura (ABŞ) 3,5:2,5 hesablı qələbəyə sevinib. Məmmədyarov - Maqnus Karlsen (Norveç) görüşünün taleyinə isə Armagedonda aydınlıq gəlib. Norveçli oyundan 4:3 hesabı ilə qalib ayrılıb.
3-cü turun görüşlərində Məmmədyarov Yan-Kşiştov Dudaya (Polşa), Rəcəbov isə Aniş Giriyə (Niderland) eyni hesabla yenilib – 2,5:3,5.
Qeyd edək ki, turnirdə 10 qrossmeyster mübarizə aparır. Teymur 9 xalla 6-cı, Şəhriyar 2,5 xalla son pillədə qərarlaşıb.