"Qarabağ"ın futbolçusu Qara Qarayev 27 sentyabr – Anım günü ilə bağlı sosial şəbəkədə paylaşım edib.
"Football-plus.az" saytının məlumatına görə, millimizin yarımmüdafiəçisi Vətən müharibəsi ilə bağlı bunları yazıb:
“29 il sonra Qarabağa doğru ilk addım elə bu dəqiqələrdən başladı. Səhər tezdən – 06.00 radələrdində atam oyandırdı ki, “dur, müharibə başladı”. Tez oyandım və mənə ilk olaraq “tez internetdə nələr yazır, bax”, dedi… O dəqiqədən sonra yazıları əsgərlərimiz yazdı… Öz qanı ilə, canı ilə VƏTƏN yazdılar. Əbədi olaraq yaddaşlara yazdılar. Bütün dünyaya yazdılar. Qarabağ əzəli və əbədi Azərbaycan torpağıdı! Şəhidlərimizi böyük ehtiramla anırıq!”