“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 150-ci dəfə heç-heçə edib..
"Football-plus.az" saytının məlumatına görə, bu, premyer-liqanın 5-ci turuna təsadüf edib. “Keşlə” ilə səfər matçı 1:1 hesabı ilə başa çatıb.
2008-ci ilin yayından Ağdam klubunu çalışdıran Qurbanov komandasını çıxardığı 572-ci oyunda 150-ci heç-heçə ilə üzləşib. Bu sülhlərdən 101-i premyer-liqa, 15-i Azərbaycan kuboku, 34-ü avrokuboklara təsadüf edib.