
Premyer-liqa
208
27.09.2021, 12:44
25-ci ev məğlubiyyəti
“Səbail” premyer-liqada 25-ci ev məğlubiyyətini alıb.
"Football-plus.az" saytının məlumatına görə, paytaxt klubu bu uğursuzluqla 5-ci turda üzləşib.
Aftandil Hacıyevin yetirmələri “Zirə”yə 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, “Səbail” premyer-liqa tarixində özünün 55-ci ev oyununu keçirib. 55-ci matç 25-ci məğlubiyyətlə nəticələnib. Klubun ilk ev yenilgisi 2017-ci il sentyabrın 17-nə təsadüf edib. Həmin gün “Qəbələ” səfərdə “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib.