İrlandiya millisinin kapitanı Şeymus Koulman zədələnib.
"Football-plus.az" saytının məlumatına görə, 33 yaşlı futbolçu DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla görüşü buraxacaq.
Bu haqda "Everton"nun baş məşqçisi Rafael Benites deyib. O, bildirib ki, müdafiəçi məşqdə zədələnib və millinin düşərgəsinə yollana bilməyəcək.
Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20.00-da start götürəcək.