İsveçrə çempionatında növbəti turun oyunları keçirilib.
"Football-plus.az" saytının məlumatına görə, Konfrans Liqasında "Qarabağ"ın rəqibi olan "Bazel" doğma meydanda "Sürix"i qəbul edib. Matç ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Bazel klubu bu nəticə ilə xalını 18-ə yüksəldərək liderliyi qoruyub.