UFC-nin iki divizionda sabiq çempionu Jorj Sen-Pyer Amerika promouşeninin Şöhrət salonuna daxil edilib.
Salonda dörd bölmə fəaliyyət göstərir. Köhnə və yeni məktəbin döyüşçüləri ilə yanaşı, görkəmli şəxsiyyətlər və önəmli döyüşlər də salona salına bilər.
UFC-nin Şöhrət salonu 2003-cü il noyabrın 21-də yaradılıb. Bura adı salınan ilk şəxslər Roys Qreysi ilə Ken Şemrok olub.
40 yaşlı Sen-Pyer UFC-nin yarımorta çəkidə sabiq ikiqat çempionu və orta çəkidə sabiq çempionudu. Kanadalı dünyada ən güclü MMA döyüşçülərindən sayılır.