"Məğlub olmağımıza baxmayaraq, komandamıza alqış düşür. Oyunçularım meydanda son ölkə çempionuna qarşı oynadığımızı hiss etdirmədilər".
"Football-plus.az" saytının məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Ramin Quliyev evdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra mətbuat konfransında deyib.
Mütəxəssis hər iki qolun adi epizodlardan buraxıldığını bildirib. Ramin Quliyev bunun səbəbini bəxtsizlikdə görüb. O, komandasının epizodlardan maksimum yararlana bilmədiyini də diqqətə çatdırıb:
Baş məşqçi 6-cı turda "Keşlə"yə qarşı keçirəcələri görüş haqda da danışıb:
"Son çempiona qarşı oynadığımızı hiss etmədik" - Ramin Quliyev
"Bu gün nəinki bərabərlik qolunu vura, hətta hesabı xeyrimizə dəyişə bilərdik. Kimə qarşı oynadığımızı bilirdik. Bununla belə, qol buraxdıqdan sonra da özünəinam hissi ilə çıxış etdik. Məğlubiyyətlər komandamıza inamsızlıq gətirir.Bu məğlubiyyəti sırf bəxtsizliklə əlaqələndirirəm. Adi vəziyyətdən qol buraxdıq. Ancaq bir metrdən qol vura bilmədik. Bu gün Sebalyos yaxşı performans sərgilədi. O, gələndə 4 ay futbol oynamamışdı. Artıq o, komandaya uyğunlaşıb və əsas heyətin üzvüdü. Məğlubiyyətləri qəbul edirəm. Amma oyundan-oyuna komandamız formalaşır. Düşdüyümüz vəziyyətdən çıxmağa çalışırıq. 5 oyuna 1 xalımız var.Yekun qərarı verən rəhbərlikdi. Futbolda belə şeylər olur. Yenə də rəhbərliklə danışacam. Düşdüyümüz vəziyyət mənə xoş deyil. Bu vəziyyətdən çıxmalıyıq".
"Növbəti turda rəqibimiz "Keşlə" olacaq. Autsayderlər üz-üzə gələcək. Hər iki komandanın da bir xalı var. Hazırkı vəziyyət "Keşlə"yə xüsusi yanaşmağımızı tələb edir. Hər şeyin başında qələbə durur. Düşdüyümüz vəziyyət ürəkaçan deyil".