Türkiyə yığmasında yeni baş məşqçi Ştefan Kuntsun köməkçilərinin adları tədricən məlum olur.
Almaniyalının köməkçilərindən birinin onun həmyerlisi Yan-Morits Lixte olacağı artıq dəqiqdi. Digər köməkçi isə Almaniya futbolunda yetişən və Almaniya vətəndaşlığı da olan gənc türkiyəli mütəxəssis Kənan Koçakdı. Bu təyinatlar federasiya tərəfindən hələ rəsmi şəkildə açıqlanmasa da, Koçak öz sosial şəbəkədəki səhifəsində bu sözləri paylaşıb:
Qeyd edək ki, 1980-ci il təvəllüdlü Koçak Kayseridə doğulsa da, uşaq yaşlarından Almaniyaya köçərək orda böyüyüb. Onun həm futbolçu, həm də məşqçi karyerası yalnız Almaniya futbolunu əhatə edir. Yeri gəlmişkən, Koçaknan Kuntsun yolları ikinci dəfə kəsişəcək. 2002/03-də Koçak qısa müddət də olsa, ''Valdhof Manheym''də Kuntsun başçılığı altında oynayıb. 41 yaşlı mütəxəssis 2013-16-cı illərdə bu klubda məşqçi kimi də işləyib. Daha sonra ''Sandhauzen''də çalışan Koçakın son klubu ''Hannover-96'' olub. O, bu klubun başına 2019/20-nin gedişində keçmiş və 2023-ə qədər müqaviləsi olmasına rəğmən bu ilin mayında rəhbərliklə qarşılıqlı şəkildə anlaşaraq ayrılmışdı.
Kuntsa bir alman, bir türk köməkçi
''Mənim üçün yeni və qürurverici bir dönəm başlayır. Artıq Türkiyə yığmasının məşqçilər korpusunda yer alacam. Mənə güvənərək əla məşqçilərlə işləmək fürsəti yaradan Türkiyə Futbol Federasiyasına təşəkkürümü bildirirəm. Türkiyədə başlayıb davam edən həyatımda qarşıma bir çox dönüm nöqtəsi çıxıb və hamısı da böyük məsuliyyət tələb edib. Yeni işin də gətirdiyi məsuliyyəti dərk edərək əlimdən gələni edəcəm''.