
Prezidentə qarşı cinsi təcavüz ittihamlarının sayı 6-ya çatdı! - ŞOK
Səid Şabanın işi bir qədər də çətinləşib.
“Anje”nin prezidentinə cinsi təcavüzlə bağlı daha iki ittiham irəli sürülüb!
O, ilk belə ittihamla 2020-ci ilin yanvarında üzləşmişdi. Hüquq-mühafizə orqanına ondan Fransa klubunun sabiq əməkdaşı şikayət etmişdi. Bir müddət sonra vaxtilə “Anje”də çalışmış daha iki qadın eyni ittihamla çıxış etmişdi. Fevralda Şaban bu ittihamlar əsasında nəzarət altına alınanda isə dördüncü xanım da onun seksual qurbanı olduğunu bəyan etmişdi.
Bütün qadınlar klubun prezidentinin onlara şəhvani nəzərlərlə baxdığını və hətta fiziki toxunuşlar etdiyini iddia edirlər.
İttihamlarla bağlı cinayət işi üzrə hakim bu həftə son iki xanımın iddiasından sonra əlavə istintaqın aparılmasına qərar verib. Yerli mənbələrə görə, onlar heç vaxt “Anje”də çalışmayıblar və 56 yaşlı Şabana məxsus müəssisənin işçiləri olublar. Xanımlar onun cinsi təcavüzünə 5 il əvvəl – uyğun olaraq 27 və 30 yaşlarında məruz qalıblar.