Bir neçə gün əvvəl Mayk Menyanı arzuolunmaz vəziyyətə salan fanat yaxalanıb.
“Milan”ın qapıçısı A seriyasının 4-cü turunun “Yuventus”la bazar günü Turində keçirilən oyunundan (1:1) əvvəl rəqib komandanın azarkeşi tərəfindən irqçi təhqirlərə məruz qalmışdı.
26 yaşlı futbolçu isinmə hərəkətlərini yerinə yetirərkən turinli azarkeşlərdən biri ona “meymun” və “zənci” sözlərini yönəltmişdi. Mayk isə onun bu təhqirlərinə cavab verməmiş və matça hazırlğını davam etdirmişdi. Son xəbərlərdə fransalı oyunçunu təhqir edən fanatın şəxsiyyətinin müəyyən edildiyi və yaxalandığı bildirilir.
Yeri gəlmişkən, bu, cari mövsümdə “Milan”ın oyunçularının irqçi təhqirə məruz qaldığı ikinci hadisədi. Daha əvvəl “Latsio”nun azarkeşləri yarımmüdafiəçi Tyemue Bakayokonu irqçi ifadələrlə təhqir etmişdilər.