"Səbail"in sabiq futbolçusu Ayrton Stati "Regio-voetbal" nəşrinə açıqlama verib.
27 yaşlı küraçaolu müdafiəçi maraqlı fikirlər səsləndirib:
"İnstaqram” vasitəsi ilə "Səbail"dən inanılmaz təklif aldım. Öncə gedib oranı görmək üçün bilet göndərdilər. Mənimlə ulduz oyunçu kimi davranırdılar. Orda həyat yaxşı idi. Pulumu qəpiyinə qədər ödəyirdilər. Bir dəfə məşqdən sonra pulu nəğd aldım və sevgilimə verdim. O da şəxsi sürücümüzlə evə getdi. "Səbail"də hər şey mənim üçün yaxşı idi".
Qeyd edək ki, 2017/18 mövsümündə "Səbail"in formasını geyən Ayrton Stati hazırda Niderland "Kozakken Boys"unda oynayır.