“Alpine” komandasının pilotu Fernando Alonso “Red Bull”dan olan həmkarı Maks Ferstappen ilə bağlı fikirləri bölüşüb:
“Maks indi yeganə pilotdu ki, onunla mübarizə aparmağa sevinməzdim. Ona çox hörmət edirəm. “Red Bull”dakı durumu və Maksın təcrübəsini nəzərə alaraq, düşünürəm ki, hər pilot bu komandaya keçə və nidelandlıya qalib gələ bilməz. Maks əla formadadı. İndi onu ən yaxşı pilot sayıram. Əvvəki dövrlə müqayisədə önəmli dərəcədə artırıb. Əvvəllər də səviyyəsi yüksək olsa da, qalmaqallara qoşulur, bəzən hətta hədsiz aqressiv olurdu. Düşünürəm ki, Maks indi yetkin pilotluqla məşğuldu. Bu üzdən onu cari mövsümün favoriti sayıram”.
Xatırladaq ki, hesabında 226,5 xal olan Ferstappen hazırda şəxsi hesabda liderdi. “Mersedes” pilotu Lüis Hemilton ondan 5 xal geri qalır.