Premyer-liqanın 4-cü turunda, “Qarabağ” - “Sumqayıt” görüşünün 42-ci dəqiqəsində Filip Ozobiç penaltidən fərqlənərək hesabı açdı.
11 metrlik cərimə zərbəsinin vurulmasına səbəb ayağının büdrəyən Elvin Bədəlovun Musa Qurbanlıya qarşı kobud oynaması oldu. Əldə etdiyimiz məlumata görə, fasilədən sonra müdafiəçi butslarını dəyişərək meydana çıxıb.
Həm informasiyanı dəqiqləşdirmək, həm də nə üçün bu addımı atdığını öyrənmək üçün Elvin Bədəlovla əlaqə saxladıq:
İLKİN SULTANLI