İsveçrəli ulduz tennisçi Rocer Federer dizindəki 3-cü əməliyyatdan sonra bərpa prosesinin necə getdiyi haqda danışıb:
“Əməliyyatdan sonra heç bir problem yaranmadı, bərpa prosesi yaxşı gedir. Gündən-günə özümü yaxşı hiss edirəm. Tezliklə korta dönmək istəyirəm. Ancaq səbr etmək, tədricən irəliləmək lazımdı. Hələ ki durumumdan çox razıyam”.
Xatırladaq ki, 40 yaşlı isveçrəli ötən ilin avqustunda əməliyyat olunub. Federer “Böyük dəbilqə” turnirlərinin 20 qat qalibidi.