Qadınlardan ibarət yığmamız sentyabrın 21-də DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində ikinci oyuna çıxıb.

E qrupunda yer alan Siyasət Əsgərovun komandası “ASK Arena”da Danimarkanı sınağa çəkib. Saat 19.00-da başlayan qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edib. Baş hakim Suzana Valentovaya Mariya Sukenikova və Miroslava Pastorekova kömək edib. Dördüncü hakim funksiyasını isə Mariya Krcova yerinə yetirib.

İlk görüşdə səfərdə Rusiyaya məğlub olan (0:2) xanımlar bu dəfə evdə daha böyük hesabla yenilib - 0:8. Rəqib hər hissədə millinin qapısından 4 qol keçirib.

Oyundan sonra hər iki yığmanın baş məşqçisi AFFA-nın saytına açıqlama verib. Öncə Siyasət Əsgərovu dinləyək:

“Çətin oyun olacağını bilirdik. Rəqibin gücü hamıya bəllidi, qrupda keçirdiyi ilk oyunda böyükhesablı qələbə qazanmışdı. Xüsusilə fiziki cəhətdən güclü komandadı. Eyni zamanda hava toplarından daha çox istifadə edirdilər. Nəticədə bu üstünlüklərindən yararlanıb qələbə qazanmağı bacardılar. Belə qarşılaşmalardan sonra futbolçuları başqa görüşlərə kökləmək çətindi. İlk iki oyunumuz qrupun liderlərinə qarşı oldu. Bu matçlardan nəticə çıxarıb digər rəqiblərlə oyunlara köklənməliyik”.


Danimarka millisinin baş məşqçisi Lars Sonderqaard məmnunluğunu gizlətməyib:

“Topa daha çox nəzarət edərək öz oyunumuzu oynadıq. Azərbaycan millisini çox qaçmağa məcbur etdik və sonda onları yorduq. Oyun ərzində baxımlı qollar vurmağı bacardıq. Əlbəttə, nəticə və oyun bizi tam məmnun edir. Rəqib böyük hesabla məğlub olsa da, sonadək mübarizə apardı”.


Milli komanandanın kapitanı Aysun Əliyevanı da oyunla bağlı danışdırdıq:

“Açığı, bu dəqiqə mənə qarşılaşma haqda danışmaq çox çətindi. Hər şeyə rəğmən, mübarizə aparmağa çalışdıq. Düzdü, nəticə ürəkaçan olmasa da, komanda kimi əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq. Sadəcə, onu dəyə bilərəm ki, hər acı məğlubiyətdən sonra şirin qalibiyyət var. İşimiz çoxdu, hər gün daha çox çalışmalıyıq ki, o şirin qalibiyyətə çataq”.


Qeyd edək ki, millimiz növbəti oyununu oktyabrın 21-də səfərdə Monteneqroya qarşı keçirəcək. Sadəcə, onu əlavə edə bilərik ki, dünyanın futbol qurumlarından maliyyə yardımı almaq üçün qayğısına qaldığımız qadın futbolunun yaşaması ilə yaşamaması arasında heç bir fərq yoxdu. Bu komanda üçün toplanışlar, yoxlama oyunları təşkil olunur, amma yaşıl meydana çıxan kimi futbolsevərlərini məyus edən acı məğlubiyyətlər qeydə alınır. Ona görə də AFFA, futbol ictimaiyyəti “bizə qadın futbolu lazımdımı” sualı ətrafında ciddi şəkildə düşünsəydilər, heç də pis olmazdı.

SƏNƏM FƏRHADOVA

Son xəbərlər

“İki tur qlobal nəticələr çıxarmaq üçün erkəndi” - Murad Musayev

“Ayaks”ın kapitanı soyğunçuların hücumuna məruz qalıb

“Buraxdığımız kobud səhv matçın taleyini həll etdi” - Rəşad Sadıqov

“Yuventus”dan MY-yə keçməyə yaxındı

"Sabah" 3 qolla 3 xal qazandı - YENİLƏNİB

"Səbail"dən yeni transfer

İkardi “arzuolunmaz futbolçular” siyahısında

Ruslan Qurbanov "Neftçi"yə görə şoka düşüb

"Son çempion kimi əsas məqsədimiz layiqli mübarizə aparmaq idi" - Samir Əliyev

Yığmamızdan növbəti qızıl medal - KONYA-2021

Azər Salahlı əməliyyat olunacaq

"Qarabağ"ın oyunu təxirə salındı

"Kəpəz" Qəbələyə köçdü

Misli premyer-liqasının 3-cü turunun oyunlarının vaxtı müəyyənləşdi

Taekvondoçularımız İslamiadanı 5 medalla başa vurdu

Mövsümün ən yaxşısı adına 3 namizəd

Yığmamız yarımfinalda - İslamiada

PFL-in vitse-prezidenti açıqlandı

"Qarabağ"ın rəqibi "Ferentsvaroş"un futbolçusunu icarəyə götürdü

"Barselona"nın futbolçusu "Valensiya"da

AFFA premyer-liqanın yeni klublarını cərimələdi

Navas PSJ-dən ayrılır

Ermənistan Futbol Federasiyası və "Pünik" Azərbaycana qarşı təxribatla bağlı bəyanat yaydı

Ayxan Abbasov "Turan 100k" layihəsinə qoşuldu - Estafeti onlara ötürdü

UEFA ən az vəsaiti "Neftçi"yə köçürdü

“Tottenhem”in sabiq futbolçusu geri qayıtdı

Kadi Borgesdən "Qarabağ"la bağlı paylaşım

“Neftçi” Azərbaycanın hesabına xal əlavə edə bilmədi

İkiqat Avropa çempionumuz medalsız qaldı - İslam Oyunları

"Kəpəz"dən maraqlı paylaşım - "Tarixi derbi “Neftçi” – “Kəpəz”di!"

"İnter"in futbolçusu "Sassuolo"da

Sterlinq "Mançester Siti"dən ayrılma səbəbini açıqladı

PSJ hücumçusunu göndərdi

"Arsenal"ın futbolçusu İtaliyada

Konfrans Liqasında pley-off mərhələsinin bütün cütləri müəyyənləşdi

Avropa Liqasında pleyy-off çütlükləri müəyyənləşdi

"Rapid" - "Neftçi" matçının videoicmalı

"Penaltilərə qalsaydıq, şanslar bərabər olacaqdı" - "Rapid"in hücumçusu

Dünya Çempionatı 2022-də açılış matçının vaxtı dəyişdi

Millimiz bu gün Mərakeşlə qarşılaşacaq

"Mənəvi gücümüzü hiss etdik" - "Rapid"in baş məşqçisi

"Neftçi"nin mübarizə əzmi alqışa layiqdi" - "Rapid"in kapitanı

"Planlaşdırdığımız şeyləri edə bilmədik" - Laurentsiu Regekampf

"Neftçi" mübarizəni dayandırdı - YENİLƏNİB

Pinamontinin yeni klubu bəlli oldu

Bütün xəbərlər