“Barselona” heyətini gücləndirməyə davam edir.
"Football-plus.az" saytının məlumatına görə, klub “Kayserispor”dan yarımmüdafiəçi Əmrə Dəmiri heyətinə qatıb.
Kataloniya təmsilçisi 17 yaşlı futbolçu ilə 6 illik müqavilə bağlayıb.
Qeyd edək ki, "Barselona" bu keçid üçün 2 milyon avro təzminat ödəyib.