• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

İnqilab Məmmədov hamını kölgədə qoydu

Ölkə futbolu / Premyer-liqa

23-09-2021, 23:0

Premyer-liqanın 4-cü turunda yenə hakimlər diqqət mərkəzində oldular.

Bəziləri yaxşı, bəziləri zəif idarəçiliklə həm mediada, həm də sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildilər.

Ümumiyyətlə, 4 qarşılaşma ərzində hakimlər futbolçulara 24 vərəqə göstərdilər. Bunlardan 23-nün rəngi sarı, 1-i qırmızı oldu. Həftənin ən centlmen komandası "Neftçi"di. "Ağ-qaralar"ın heç bir futbolçusu vərəqə görmədi. Turun ən kobud komandası isə "Səbail" oldu. "Dənizçilər" 4 sarı, 1 qırımızı vərəqə ilə bu “nöminasiyada” rəqiblərini qabaqladı.

Reportyorlarımızın qeydlərinə keçid alaq.

RAUF ALLAHVERDİYEV, Qəbələ - Səbail
Ədalət təmsilçiləri Qəbələdəki qarşılaşmanı ciddi səhvə yol vermədən idarə etdilər. Rauf Allahverdiyev meydanda qətiyyətli görünür, köməkçiləri ilə yaxşı anlaşırdı. Utziq 46-cı dəqiqədə qapıçıyla təkbətək çıxarkən hakimlər oyundankənar vəziyyət qeydə aldılar. “Qəbələ” tərəfi topun Rövlanın ayağından çıxarkən “Səbail”in oyunçusuna dəydiyini iddia edib, bu qərarla razılaşmadı. Asif Məmmədovun cərimə meydançasının xətti üzərində yerdə qaldığı epizodda da meydan sahibləri penalti tələb etsələr də, Allahverdiyev haqlı olaraq qayda pozuntusunu cərimə zərbəsi kimi qiymətləndirdi.

İNQİLAB MƏMMƏDOV, Zirə - Sabah
Görüş hakimlər briqadası üçün yaxşı başlasa da, pis bitdi. İnqilab Məmmədov ilk dəqiqələrdən oyuna nəzarəti ələ almağa çalışdı, amma alınmadı. İlk səhv 14-cü dəqiqə baş verdi. Oçiqava Təmkinə qarşı sərt oynadı, referi isə oyunu davam etdirdi. Rəşad Sadıqov da bu epizodda 4-cü hakimə sərt şəkildə etirazını bildirdi. Təkrara baxdıqda deyə bilərik ki, hakim oyunu dayandırmalı və ukraynalını 2-ci sarı vərəqə ilə cəzalandırmalı idi. İnqilab Məmmədovun komandası kobud səhvlərlə yadda qaldı. 82-ci dəqiqədə top “Sabah”ın futbolçusundan yan xətdən çıxdığı halda hakim küncdən zərbə qeydə aldı. Epizodun davamında isə aləm bir-birinə dəydi. Künc zərbəsindən Kamaranın ötürdüyü topu Periçiç başla tora qovuşdurdu. Xorvatiyalı müdafiəçi qapıçıya toxunaraq qaydanı pozsa da, hakim mərkəzi göstərdi. Epizodun təkrarına baxanda, topun heç “Zirə”li futbolçulardan çıxmadığı da aydın görünür. Etirazlara baxmayaraq, İnqilab Məmmədov qolu qeydə aldı. Qol vurularkən Təmkin topu onun əlindən alan Sebalyosa təpik atsa da, hakim epizodu görməzdən gəldi. Bu olanlardan sonra deyə bilərik ki, Məmmədov və briqadası qarşılaşmanın öhdəsindən gələ bilmədi.

ELÇİN MƏSİYEV, Neftçi – Keşlə
Meydanda gərgin mübarizə yaşansa da, futbolçular kobud oyundan çəkinirdilər. Bu isə hakimlərin işini asanlaşdırırdı. Məsiyev yetərincə qətiyyətli idi. Epizodlara yaxın olması isə fiziki hazırlığının qaydasında olduğuna işarədi. 90 dəqiqə ərzində üç dəfə sarı vərəqə üçün əlini cibinə atdı. Hər üç halda “Keşlə”nin futbolçularını cəzalandırdı ki, qərarları narazılıq doğurmadl. “Neftçi”nin 3-cü qolu zamanı da topun qapı xəttini keçdiyini dəqiq müəyyənləşdirib, mərkəzi göstərdi. Bunda ona dərhal bayrağını yuxarı qaldıran köməkçisinin də köməyi dəydi. Laysmanlar da şübhələrə yol açan qərarlarla diqqəti çəkmədilər. Məsiyevin yalnız bir qüsurunu qeyd etmək mümkündü. Bir epizodda “Neftçi”nin futbolçusuna qarşı kobudluq olan kimi fitini səsləndirdi. Halbuki “ağ-qaralar” sürətli əks-hücum şansı yaxalamışdı. Yəni oyunu davam etdirmək daha düzgün olardı.

KAMAL UMUDLU, Qarabağ - Sumqayıt
Görüşdə sürət o qədər yüksək olmadığından hakimin üzərinə çox yük düşmədi. Sadəcə, laysman Müslüm Əliyev qarşılaşmanın əvvəllərində iki yanlış qərarla yadda qaldı. Həmin epizodlarda Qurban Qurbanov özündən çıxaraq əsəbləşdi. Dəqiqələr ötdükcə Müslüm Əliyev də özünü toparladı. Bununla da oyunun sonuna kimi hakimlər briqadası qarşılaşmanı normal idarə etdi.

Oxunub: 593
Paylaş:
Digər xəbərlər

Premyer-liqa

8-05-2021, 13:0

Ciddi qüsura yola vermədilər

Premyer-liqa

26-11-2021, 17:0

Yalnız Əliyar Ağayev “işləri korladı” - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa / Manşet

13-02-2022, 11:0

Azərbaycan premyer-liqasının 15-ci turu necə idarə olundu? - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Premyer-liqa

28-10-2021, 21:0

İnqilab “inqilab etdi”, Rauf göz yumdu - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual / Premyer-liqa

8-04-2022, 18:0

İnqilab Məmmədov “istirahət”i haqq etdi - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Ölkə futbolu

22-12-2021, 14:0

Ciddi səhvlərə yol vermədilər - HAKİMLƏRİN MÜHAKİMƏSİ

Aktual
"Qarabağ" - "Qalatasaray" matçını bu kanal yayınlayacaq
"Uğurlu seriyanı davam etdirmək istəyirik" - Yanne Andersson
De Byazi qapıda kimə güvənəcək? - KÖŞƏ
Türkiyənin bu klubu almanlara satılacaq?
"Ən yaxşı oyuna ehtiyacımız var" - Ralf Ranqnik
Mahir Emrelinin zədəsinin detalları
Son xəbərlər
  • Bu gün, 15:10
    İki ildən sonra “Kristal Pelas”a qayıtdı
  • Bu gün, 14:56
    Rasad Qasimov “Araz-Naxçıvan”da nə baş verir? - AÇIQLAMA
  • Bu gün, 14:38
    “Elçe” üçün 4-cü baş məşqçi
  • Bu gün, 14:15
    Məşhur futbolçu yaşıl meydanı tərk etdi
  • Bu gün, 13:55
    Zəlzələ unuduldu, maskalar düşdü, süni dostluq bitdi!
  • Bu gün, 13:32
    Mendilibar La Liqaya qayıtdı
  • Bu gün, 13:06
    De Byazi sabah bu vaxtda jurnalistlərin suallarını cavablayacaq
  • Bu gün, 12:50
    "Qarabağ" - "Qalatasaray" matçını bu kanal yayınlayacaq
  • Bu gün, 12:48
    Panama millisinin üzvü premyer-liqa klubunda - RƏSMİ
  • Bu gün, 12:45
    Fərdi Kadıoğlu Van Hooydonkun rekordunu təkrarlaya bilər
  • Bu gün, 12:18
    Premyer-liqa təmsilçisindən təklif gəlsə və şərtlər ən azı Naxçıvandakı kimi olsa... – Adil Şükürov
  • Bu gün, 11:57
    Bu oyunçuya görə ''Qalatasaray''a transfer cəzası verildi!
  • Bu gün, 11:36
    UEFA-dan Elçin Məsiyevə daha bir təyinat
  • Bu gün, 11:12
    ''Kasımpaşa'' məşqçi dəyişdirməkdən yorulmadı
  • Bu gün, 10:55
    Mbappe kapitan oldu, narazılıqlar başladı
  • Bu gün, 10:12
    Azərbaycan Fransaya qarşı - YENİLƏNİR
  • Bu gün, 10:00
    “Fənər”ə lazım olmayan futbolçu necə Almaniya yığmasına dəvət aldı? - TƏHLİL
  • Dünən, 23:30
    Bundesliqadan "Real"a
  • Dünən, 22:51
    Milinkoviç-Saviç İngiltərə nəhənginin hədəfində
  • Dünən, 22:21
    Qavi "Barselona"dan ayrılır?
  • Dünən, 21:52
    Messi Səudiyyə Ərəbistanına gedəcəkmi?
  • Dünən, 21:21
    "Tottenhem"dən Konteyə 17 milyon avro
  • Dünən, 20:51
    Osimxen La Liqa yolunda
  • Dünən, 20:21
    AFFA-nın prezidenti milli komanda ilə görüşüb
  • Dünən, 19:52
    Nəriman Abbasovun rəqibi Bakıda döyüşməyə hazırdı - AÇIQLAMA
  • Dünən, 19:21
    "Başım dəmir kimidi, tez toparlanıram"
  • Dünən, 18:52
    Səhhətinə görə futboldan ayrıldı
  • Dünən, 18:21
    İngiltərə yığmasında 3 itki
  • Dünən, 17:53
    Gimnastika yığmamız Portuqaliyada yarışlara qatılacaq
  • Dünən, 17:32
    “Sevilya”dakı işini tezliklə itirəcək?
  • Dünən, 17:11
    Bundestimin düşərgəsini tərk etdi
  • Dünən, 16:50
    Yağmur Məmmədli beynəlxalq turnirin mükafatçıları sırasında
  • Dünən, 16:29
    Lyorisin statusuna layiq bilindi
  • Dünən, 16:08
    Emil Mustafayev niyə kənarda qaldı? - AÇIQLAMA
  • Dünən, 15:57
    İspaniya klubunda istefa
Daha çox
Oxunub: 4 545
“Qarabağ”ın üzvü Fransa klubunun hədəfində
Oxunub: 791
"Qarabağ" - "Qalatasaray" matçını bu kanal yayınlayacaq
Oxunub: 641
Murad Musayev: "Rəqibə iki sarı vərəqə göstərilmədi"
Oxunub: 484
"Qarabağ" "Qalatasaray"la oyun üçün hansı klublardan futbolçu cəlb edəcək? - AÇIQLAMA
Oxunub: 385
"Forza Neftçi"nin Qurban Qurbanovun açıqlamasına reaksiyası
Oxunub: 375
"Füzuli" icarəyə stadion götürdü - AÇIQLAMA
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə