Konfrans Liqasında mübarizə aparan "Qarabağ" qrup mərhələsinin növbəti oyununda "Omoniya" ilə üz-üzə gələcək.
İlk matçını evdə "Bazel"ə qarşı keçirən "köhlən atlar" bu dəfə səfərdə oynayacaq. Görəsən, "Qarabağ" səfər qarşılaşmalarına jurnalistləri aparacaq?
"Football-plus.az" saytı olaraq, bu məsələ ilə bağlı məlumat almaq üçün Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə ilə danışdıq:
"Bu gün yalnız Kipr səfəri haqda danışa bilərik. Çünki “Kayrat”la oyun noyabrda olacaq. Yetərincə vaxtımız var. Kiprə isə jurnalistlərin aparılması nəzərdə tutulmur. “Qarabağ” olaraq, qrup oyunlarında səfərlərə media işçilərini aparmaq istəyirdik. Lakin UEFA-nın bununla bağlı ciddi tələbləri var ki, eyni təyyarədə komandadankənar şəxslər gedə bilməz. Yalnız yerli yayınçı kanal “CBC Sport” olduğu üçün ordan bir nəfər- oyunu yerindən şərh edəcək şəxs UEFA-nın tərəfdaşı olduğu üçün istisnadı. Amma ümumilikdə klubda işləməyənlər bizimlə eyni təyyarədə getməyəcək. Bu UEFA-nın tələbidi. Əslində adi reyslə jurnalistlərin Kiprə aparılmasını müzakirə etdik. Bununla bağlı pandemiya ilə bağlı bir çox maneələr var. Kiprə əlverişli reys olmadığına görə bu istəyimiz alınmır. Növbəti səfərlərimizdə imkan olacaqsa, jurnalistləri aparacağıq".
SƏNƏM FƏRHADOVA