"Sumqayıt" azarkeşlərinə qarşı dostluq matçı təşkil edib.
"Football-plus.az" saytının məlumatına görə, yoldaşlıq oyunu dünən "Kapital Bank Arena"nın ehtiyat meydanında baş tutub.
Qarşılaşmada "Sumqayıt" Futbol Klubunun rəhbərliyi və məşqçi heyəti ilə azarkeş qrupunun üzvləri üz-üzə gəlib. Görüşdə klubun prezidenti Riad Rəfiyev, baş məşqçi Ayxan Abbasov, məşqçilər və ofis heyətinin üzvləri iştirak edib.
Matçdan sonra isə azarkeşlərlə çay süfrəsi ətrafında görüş baş tutub. Klubun prezidenti və baş məşqçi tərəfindən fan-klub üzvlərinin fikir və təklifləri dinlənilib.