Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun "Baş məşqçilərin təyinatı haqda" əmrinə əsasən, 28 avqust-8 sentyabr 2024-cü ildə Parisdə keçiriləcək 17-ci Yay Paralimpiya Oyunlarına hazırlıqla bağlı 2021-2024-cü illər üzrə milli paralimpiya komandalarına baş məşqçilər təyin olunub.
“Football-plus.az” saytının məlumatına görə, siyahıda 14 mütəxəssisin adı var:
1. İbrahimov İbrahim Eldar oğlu - kişilərdən ibarət cüdo millisi
2. İbrahimov Ramin İbrahim oğlu - qadınlardan ibarət cüdo millisi
3. Panyutin Oleq Viktoroviç- atletika millisi
4. Culfayev Alavərdi Abasoviç - üzgüçülük millisi
5. İbişov İlqar Əsgər oğlu - pauerliftinq millisi
6. Abdullayev Yusif İnqlab oğlu - güllə atıcılığı millisi
7. Abbasov İlqar Əziz oğlu - kamandan oxatma millisi
8. Tağızadə Fərid Əvəz oğlu - parataekvondo millisi
9. Abdullayev Zahir Abdulla oğlu - qolbol millisi
10. Məhərrəmov İlham Nadir oğlu - boccia millisi
11. Qubuşova Ruqiyyə Heydər qızı - stolüstü tennis millisi 12. Məlikov Asəf Adil oğlu - qılıncoynatma millisi
13. Həsənquliyev Amid Umud oğlu - paravelosiped millisi
14. İsmayılov Məhəmməd Sahib oğlu - qış idman növləri üzrə milli.