Moldova çempionatında 11-ci turun oyunları keçirilib.
“Football-plus.az” saytının məlumatına görə, azərbaycanlı oyunçu Orxan Qurbanlının çıxış etdiyi “Dinamo-Avto” səfərdə “Balti” ilə üz-üzə gəlib. Həmyerlimizin komandası bu görüşdə 4:2 hesablı qələbə qazanıb. Orxan matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.
“Dinamo-Avto” 11 turdan sonra 14 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Moldova çempionatında 8 klub mübarizə aparır.