UEFA FIFA-nın dünya çempionatının iki ildən bir keçirilməsi təklifi ilə bağlı bəyanat yayıb.
Avropa futbol qurumu bu ideyanın kiyafət qədər təhlükəli olduğunu bildirib:
"Mundialın iki ildən bir təşkili onun əhəmiyyətinin azalmasına, müntəzəm matçların final turnirləri ilə əvəzlənməsi səbəbindən zəif yığmalar üçün idman imkanlarının məhdudlaşmasına səbəb olacaq. Bundan əlavə, futbolçuların bərpa prosesi keçmək üçün uzunmüddətli fasilə almaq əvəzinə hər il yüksək intensivli yay yarışlarında mübarizə aparmaq məcburiyyətində qalacaqlar. Bu, ilk baxışdan ciddi narahatlıqlardan yalnız bir neçəsidi. Sıx təqvimin faydaları haqqında əsassız reklam şüarları ilə bu reallığı dəyişmək olmaz. Sentyabrın 14-də UEFA və quruma üzv olan 55 milli assosiasiya FIFA-dan bu ideyanın təsiri ilə bağlı narahatlığını bildirmək üçün xüsusi görüş təşkil edilməsini istəyib. Ali futbol qurumundan hələ də bununla bağlı cavab gəlməyib"