"Rotor"un baş məşqçisi Dmitri Xoxlov "feysbuk" şirkətini məhkəməyə verib.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda mütəxəssis "Oktaqon" nəşrinə açıqlamasında deyib.
Baş məşqçi sosial şəbəkələrdə soyadının bloklanmasına görə, belə bir addım atdığını bildirib:
46 yaşlı çalışdırıcı artıq məhkəməyə müraciət etdiyini bildirib. "Feysbuk"un qadağasına səbəb isə məşqçinin soyadının "xoxol" sözünə bənzərliyidi. Problem yaradan bu söz Vladimir Dalın izahlı lüğətində "ukraynalı", "kiçik rusiyalı" kimi qeyd edilib.
Sosial şəbəkə rəhbərliyi düçünür ki, bu, siyasi cəhətdən yanlış olan "zənci" sözü ilə müqayisə olunur.