AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik növbəti təyinat alıb.
"Football-plus.az" saytının məlumatına görə, o, UEFA Gənclər Liqasındakı təmsilçimiz “Qəbələ”nin turnirin 1-ci mərhələsində “Alkmaar”a qarşı keçirəcəyi oyunun hakim-inspektoru olacaq.
Qeyd edək ki, sentyabrın 29-da, saat 17.00-da, Qəbələ şəhər stadonunda təşkil olunacaq qarşılaşmanı ukraynalı hakimlər briqadası idarə edəcək.