Voislav Stankoviç övladlarının Azərbaycanın dövlət himnini oxuması haqda danışıb.

"Football-plus.az" saytının məlumatına görə, futbolçu klubun rəsmi saytına müsahibəsində “Neftçi” azarkeşlərini çox sevdiyini deyib.

- Voislav, doğum günün mübarək! Bu sənin Azərbaycanda keçirəcəyin 7-ci ad günüdü. Bu günü necə qeyd edəcəksən?
- Bəli, həqiqətən də bu, Azərbaycanda keçirəcəyim 7-ci doğum günüdü. Əvvəllər ad günümü ailəm və yaxınlarımla birlikdə restoranda qeyd edirdik, amma pandemiya səbəbindən bu dəfə evdə, ailəmin ətrafında keçirəcəm. Artıq 34 yaşım olur. Yavaş-yavaş qocalıram (gülür). Amma əsas odu ki, özümü əla hiss edirəm, yaxşı formadayam. Buna görə də ümid edirəm, hələ uzun illər futbol oynayacağam.

- Övladlarının Azərbaycanın dövlət himnini oxuması qürurvericidir. Bunu onlara kim öyrədib?
- Onlar himn oxumağı evdə - ötən mövsüm mənim “Neftçi”dəki oyunumu televizordan izləyəndə öyrəniblər. Hər dəfə baxdıqca öyrənirdilər. Mən və həyat yoldaşım övladlarımıza deyirdik ki, bu, Azərbaycanın himnidi və Serbiyanın himni kimi bunu da bilmək, bu ölkəyə hörmət etmək lazımdı. Axı mən burada işləyirəm və bu ölkə bizə doğmadı. Bundan başqa, onlara himn oxumağı bağçada da öyrədirlər. Elə olur ki, onlar bizdən himni qoşmağımızı istəyir və oxumağa başlayırlar.

- Keçək futbola. Bu mövsüm çempionata xal itkiləri ilə başlasaq da, “Keşlə” üzərində qələbədən sonra lidelərdən 3 xal az xal toplamaqla 3-cü yeri tuturuq.
- Mövsümə istədiyimiz kimi başlaya bilmədik. “Qəbələ” və “Qarabağ”la oyunlarda xallar itirdik. Yeni komandamız, futbolçularımız var. Ümid edirəm, hər şeyi qaydasına qoyub daha yaxşı oyun göstərəcəyik. Son matçda qələbə qazandıq və düşünürəm ki, oyundan oyuna komandada özünəinam daha da artacaq. Üstəlik, yeni futbolçular tam uyğunlaşıb baş məşqçinin istəklərini daha yaxşı anlayacaqlar. Hər növbəti matç daha da vacib olacaq.

-“Keşlə” ilə görüşdən söz düşmüşkən, Premyer Liqada 150-ci oyunun sabiq komandan üzərində 3:0 hesablı qələbə ilə nəticələndi.
- Düzünü desəm, bu faktı bilmirdim. Bunu bilmək xoşdu. Uzun illərdi Azərbaycanda oynayıram. Bu ölkəni sevirəm və burada hər şey məni qane edir. Əgər belə olmasaydı, burada bu qədər qala bilməzdim. “Neftçi”nin şərəfini qoruduğum üçün çox şadam. Ümid edirəm, burada çox qalacağam. Daha yaxşı oynayıb, komandama titullar qazanmağa kömək edəcəm.

- Qarşıdan “Sabah”la görüş gəlir. Oyun haqda nə düşünürsən?
- Bizi “Sabah”la ağır səfər matçı gözləyir. O meydanda oyunlarımız həmişə gərgin keçir. Rəqib də mövsümə yaxşı başlamayıb deyə, qələbəyə köklənəcək. Təbii ki, biz də meydana qalib gəlmək üçün çıxacağıq. “Neftçi”də oynayırsansa, səni yalnız qələbə qane edə bilər. İnanıram ki, istəyimizə nail olacağıq.

- Oyunlar zamanı bəzən daha fəal olmağa səslədiyin azarkeşlərə nə demək istəyirsən?
-Mən “Neftçi” fanatlarını çox sevirəm. Çünki onlar ürəkdən azarkeşlik edirlər. Çox çılğındırlar və mən şadam ki, komandamızın belə azarkeşləri var. Oyun zamanı bəzən geri çevrilib, azarkeşlərdən bizi daha çox və daha möhkəm dəstəkləmələrini istəyirəm. Xarakterim belədi ki, matçı, mübarizəni, ümumiyyətlə, oyundakı heç bir epizodu uduzmağı sevmirəm. Buna görə də azarkeşlərdən dəstək istəyirəm. Çünki bu daha çox güc verir. Çox möhtəşəm azarkeşlərimiz var. İstərdim ki, bizə daha da çox inansınlar. Komandamız yenidi deyə, bir az zamana ehtiyacımız var. Ümid edirəm ki, bu mövsümün sonunda da onlara böyük uğur bəxş edəcəyik və yenidən birlikdə çempionluğumuzu qeyd edəcəyik. Pandemiya zamanı, haradasa ilyarım fanatlarsız qalmışdıq deyə, onlar üçün çox darıxmışıq.

Son xəbərlər

Yığma fasiləsi bitdi, çempionata davam! - YENİLƏNİR

PSJ Messiyə bu müqaviləni təklif etdi

"Olimpiakos"un "Qarabağ"ı məğlub edəcəyinə inanıram" ""Xəzər Lənkəran"ın sabiq futbolçusu

Millimizin oyununu idarə edəcək hakimlər açıqlandı

"Olimpiakos"un yeni transferi "Qarabağ"la oyuna çıxa bilər

Arda Turan üçün vida oyunu keçiriləcək

İngiltərə millisində ayrılıq

"Spartak" 5 illik seriyaya son qoydu

Elxan Abdullayev köməkçisini qovdu - AÇIQLAMA

Gəncə klubunun uğursuz çıxışının iki səbəbi var – AÇIQLAMA

Xaliq Mərdanov oğlunun avtoqoluna münasibət bildirdi - AÇIQLAMA

"Qarabağ"ın rəqibindən növbəti transfer

Rauf Əliyev “Kəpəz-2”də debüt oyununda necə təsir bağışlayıb? - AÇIQLAMA

"Ayağımızı yorğanımıza görə uzadırıq" - Azər Həşimov

Altıntop ayrılmaq əvəzinə yeni planlar qurur

“Beşiktaş”ın baş məşqçisi qapıçılarına güvənir

“Fənər” fanatları derbiyə buraxılmayacaq

Federer getdi, bəs Nadalla Cokoviç?

Adetokunbo Karrini ən güclü sayır

Dünya şahmatında növbəti böyük qalmaqal

AFFA-nın stadion seçimi turnirin statusu və rəqiblərin reytinqinə bağlıdı

Sabah AFFA-da iclas olacaq

Sabiq TFF rəsmisi Kuntsla Altıntopu “yıxıb-sürüdü”!

Montella Türkiyə çempionatını təriflədi

Sprint yarışlarının sayı artırıldı

PFL çempionatı daha maraqlı etmək üçün klublarla görüşür - AÇIQLAMA

Ölkə derbisinin biletləri satışa çıxarılır

"Zirə-2"dən səfər qələbəsi - VİDEO

Beşqat olimpiya çempionu ölkəni tərk etdi

Yunis Hüseynov AFFA İcraiyyə Komitəsinin üzvü ilə razılaşmadı – AÇIQLAMA

Messidən azarkeşə gözəl hədiyyə

Çağlar Söyüncü hansı kluba keçəcək?

Son çempiondan darmadağın - YENİLƏNİB

Sənan Qurbanov: "Olduqca yanlış, qərəzli yanaşmadı”

Muslera ''Qalatasaray''da tarix yazmaqda davam edir

Mahir Məmmədov: “De Byaziyə verdiyimiz maaşı yerli mütəxəssislərə təklif etsək, yığmanın baş məşqçisi olmaq istəməzlər”

“Borussiya” oyunçusuna qiymət qoydu

"Qarabağ"ın təsisçisinin dəyişməsi ilə bağlı yekun qərar

TFF qərarını dəyişdi

Dünya çempionatında iştirak edə bilməyəcək

“Valensiya”da yeni futbolçu

Benzema mükafat bolluğuna düşdü

Fiqu göyün 7-ci qatında futbol oynadı!

Vaqif Sadıqov: “Bəlkə De Byazi burda qalmaq istəmir, hardan bilirsiz?” - AÇIQLAMA

Fanatlar Türkiyə millisinin başında kimi görmək istəyir? - SORĞU

Bütün xəbərlər