Qadınlardan ibarət Azərbaycan millisi bu gün 2023-cü il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Football-plus.az" saytının məlumatına görə, Siyasət Əsgərovun komandası doğma meydanda Danimarka yığmasını qəbul edib.
E qrupunda mübarizə aparan kollektivimiz qonaqlara 0:8 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yığmamız ilk oyununda səfərdə Rusiyaya 0:2 hesabı ilə uduzub.