Son zamanlar uğursuz performans göstərən "Barselona" İspaniya çempionatının 5-ci turunda "Qranada" ilə üz-üzə gəlib.
"Football-plus.az" saytının məlumatına görə, Kataloniya təmsilçisi bu matçda da azarkeşlərini sevindirə bilməyib - 1:1.
Görüşdən sonra baş məşqçi Ronald Kuman nəticə və komandanın durumu ilə bağlı açıqlama verib:
"Oyuna pis başlasaq da, sona qədər mübarizə apardıq. Hesaba baxmayanlar mübarizəmizdən razı qala bilərlər. "Barselona" 8 il əvvəlki komanda deyil. Bu heyətlə "tiki-taka" oynaya bilmərik. Nə edə bilərdiksə, onu da etdik".