
Dünya futbolu
247
21.09.2021, 15:30
Namikin komandasında yeni məşqçi - RƏSMİ
Namik Ələskərovun çıxış etdiyi "Bursaspor"un yeni baş məşqçisi müəyyən olunub.
"Football-plus.az" saytının məlumatına görə, Bursa təmsilçisinin başına Özcan Bizati gətirilib.
Təcrübəli mütəxəssislə "1+1" illik müqavilə bağlanıb. O, bu postda sentyabrın 19-da istefaya göndərilən Fatih Təkkəni əvəzləyib.
Qeyd edək ki, Özcan Bizati son olaraq "Gənclərbirliyi"ni çalışdırıb.