“Formula-1”də növbəti mövsümün təqvimi açıqlanıb.
“Football-plus.az” saytının məlumatına görə, Azərbaycan “Qran-Pri”sinin də baş tutacağı tarix məlum olub. Yarışın iyunun 12-də keçirilməsinə qərar verilib.
Qeyd edək ki, növbəti mövsümə 2022-ci il martın 20-də Bəhreyndə start veriləcək. Ümumilikdə 23 tur keçiriləcək və son mərhələyə noyabrın 20-də Əbu-Dabi evsahibliyi edəcək.