DÇ-2023-ün seçmə mərhələsində qadınlardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
"Football-plus.az" saytının məlumatına görə, yığmamız “ASK Arena”da Danimarka millisi ilə qarşılaşacaq. Görüşü Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:
Baş hakim: ZUZANA VALENTOV.
Baş hakimin köməkçiləri: Maria Sukenikova, Miroslava Pastorekova.
Dördüncü hakim: Maria Krçova.
Qeyd edək ki, bundan öncə Azərbaycan yığması qrupdakı ilk oyunda Rusiyaya uduzub – 0:2.