
Dünya futbolu
173
21.09.2021, 10:53
Messi məşqə qatıla bilmədi
Lionel Messinin sıralarına ötən ay qoşulduğu PSJ-də işləri hələ ki yaxşı getmir.
Ulduz futbolçunun komandada keçirdiyi ilk üç oyunda qol hesabını aça bilməməsi gözlənilən olmasa da faktdı.
O, parislilərin son məşqində iştirak edə bilməyib. 34 yaşlı hücumçu dizindən zədəli olduğu üçün hazırlıq prosesini buraxmalı olub.
Xatırladaq ki, Messi PSJ-nin “Lion”la son oyununda (2:1) əvəzlənmiş, bu qərarından narazı qaldığı üçün meydanı tərk edəndən sonra Maurisio Poçettinonun əlini sıxmamışdı. “Ekip” qəzetinin məlumatına görə, baş məşqçi dizindən yüngül xəsarət alan Lioneli ciddi zədədən qorumaq üçün belə addım atıb.