Karlo Ançelotti “Böyük beşlik” çempionatlarında 800-cü matçına çıxıb.
"Football-plus.az" saytının məlumatına görə, təcrübəli mütəxəssisin yubileyi İspaniya La Liqasında "Real"ın "Valensiya" ilə oyununa təsadüf edib.
"Kral klubu" qarşılaşmadan 2:1 hesabı ilə qalib ayrılıb. Bu oyun Ançelottinin “Real”la 81-ci matçı olub.
Qeyd edək ki, "papa Karlo" “Parma” (68), “Yuventus” (84), “Milan” (283) və “Napoli”də (53), İngiltərədə “Çelsi” (76) və “Everton”da (58), Fransada PSJ-də (57), Almaniyada “Bavariya”da (40) çalışıb.