“Səbail” premyer-liqada ən böyükhesablı məğlubiyyətini alıb.
"Football-plus.az" saytının məlumatına görə, bu, 4-cü turun “Qəbələ” ilə oyununa təsadüf edib. Səfərdə 0:5 hesabı ilə uduzan Aftandil Hacıyevin yetirmələri bunadək 5 və ya daha çox top fərqi ilə məğlub olmamışdı.
2017-ci ildən premyer-liqada çıxış edən “Səbail” həm də ilk dəfə 5 qol buraxıb.
Qəbələdəki oyunadək Bakı klubunun ən ağır yenilgisi 0:4 hesabı ilə olub. Belə nəticə 7 dəfə qeydə alınıb. Bu, iki rəqiblə görüşlərə təsadüf edib. 4 dəfə “Neftçi”, 3 dəfə “Qarabağ” “Səbail”in qapısından dörd cavabsız top keçirib. Paytaxt təmsilçisi 4 dəfə evdə, 3 dəfə səfərdə belə uduzub.
Qeyd edək ki, 5:0 hesabı həm də cari mövsümün ən böyükhesablı nəticəsidi.