“Neftçi”nin futbolçusu Sezar Meza Kolli premyer-liqada ilk qolunu vurub.
"Football-plus.az" saytının məlumatına görə, 4-cü turda doğma meydanda "Keşlə"ni qəbul edən "ağ-qaralar" rəqibini 3:0 hesabı ilə məğlub edib.
Paraqvaylı "qırmızı-ağlar" ilə görüşdə fərqlənməyi bacarıb. O, çempionatda 3-cü klubda qol sevinci yaşayıb. Sezar bunadək “Keşlə” və “Zirə”də də rəqib qapısına yol tapıb.
Meza Kolli premyer-liqa tarixində 3 və ya daha çox klubda qol vuran 10-cu cənubi amerikalı olub. Bu göstəricidə rekord Leonardo Roşaya məxsusdu.
Braziliyalı 4 klubda – “Standard”, “Keşlə”, “Bakı” və “Qarabağ”da qol vurub.
Braziliyalılar Denis Silva, Junivan Suares, Junior Osvaldo, Junior Nildo, Mario Souza, onların Azərbaycan millisində oynamış həmyerliləri Fabio Luis Ramim, Leandro Qomeş, həmçinin uruqvaylı Anxel Qutyerres də Sezar kimi üç müxtəlif klubun heyətində qol sevinci yaşayıb.