Namik Ələskərovun formasını geyindiyi "Bursaspor"da gözlənilməz hadisə baş verib.
"Football-plus.az" saytının məlumatına görə, "timsahlar" baş məşqçisi Fateh Təkkə ilə yollarını ayırmağa qərar verib. Bu haqda Türkiyə klubunun rəsmi saytı məlumat yayıb.
Fateh Təkkə ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, 44 yaşlı mütəxəsiss avqustun 24-də "Bursaspor"a baş məşqçi təyin edilib. Onun rəhbərliyi altında Bursa təmsilçisi 4 oyuna 4 xal toplaya bilib.