Türkiyə yığmasının yeni baş məşqçisi bəlli olub.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda Türkiyə Futbol Federasiyası məlumat yayıb. Şenol Günəşdən boşalan postun yeni sahibi 58 yaşlı Stefan Kuntzdu. Almaniyalı mütəxəssisin təqdimat mərasimi isə sabah olacaq.
Qeyd edək ki, Kuntz son olaraq Almaniya U-21 komandasının baş məşqçisi kimi çalışıb. Bundestim ötən gün rəsmi "feysbuk" səhifəsində bu haqda paylaşım edərək ona təşəkkürlərini bildirib və mütəxəsissin rəhbərliyindəki Türkiyə millisinə uğurlar arzulayıb.