"Bursaspor" bu gün Türkiyə 1-ci liqasında növbəti matçını keçirib.
"Football-plus.az" saytının məlumatına görə, Namik Ələskərovun şərəfini qoruduğu "timsahlar" 6-cı turda səfərdə "Tuzlaspor"la üz-üzə gəlib. Millimizin hücumçusu görüşə ilk "11-lik"də başlayıb və 90 dəqiqə meydanda olub. Namik komandasına matçın 49-cu dəqiqəsində penalti qazandırsa da, Brunonun zərbəsini qapıçı dəf edə bilib. Oyun 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, "Bursaspor" 6 oyundan sonra 5 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.