2022-ci ildə Çinin paytaxtı Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının şüarı açıqlanıb.
"Football-plus.az" saytının məlumatına görə, şüar koronavirus pandemiyasına qlobal reaksiya kontekstində seçilib və "Ümumi gələcək naminə birlikdə" adlanır.
Bundan başqa, olimpiya məşəlinin alovlandırılma mərasimi pandemiya səbəbindən azarkeşsiz olacaq. Tədbir oktyabrın 18-də Yunanıstandakı tarixi Olimpiya bölgəsində gerçəkləşəcək.
Qeyd edək ki, Pekin Qış Olimpiya Oyunları gələn il fevralın 4-20-si aralığında keçiriləcək.