Borcu 1,3 milyard avrodan çox olan “Barselona” rəhbərliyinin ən ödənişli futbolçuların maaşlarının azaldılmasını vəziyyətdən qismən çıxış yolu kimi gördüyü hamıya bəllidi.
"Football-plus.az" saytının məlumatına görə, Xerard Pike, Xordi Alba və Serxio Busketsdən sonra daha bir futbolçu klubun təklifini qəbul edib. Yarımmüdafiəçi Serxi Roberto da “Barselona”ya 25 faizlik güzəşt edib. 29 yaşlı futbolçu peşəkar karyerasını həsr etdiyi doğma klubunun maliyyə problemlərinə biganə qalmayıb. Onun gələn həftə yeni müqaviləyə qol çəkəcəyini klubun prezidenti Xuan Laporta bəyan edib: