UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edən “Araz-Naxçıvan”ın oyunlarının təqvimi açıqlanıb.
"Football-plus.az" saytının məlumatına görə, bu haqda Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Azərbaycan çempionunun yer aldığı 6-cı qrupun oyunları oktyabrın 28, 29 və 31-də baş tutacaq. "Araz-Naxçıvan" ilk görüşdə “Uraqan” (Ukrayna) ilə qarşılaşacaq, ertəsi gün isə “Yunayted Qalati” (Rumıniya) klubu ilə üz-üzə gələcək. Təmsilçimiz son oyununu “Liqeni”yə (Kosovo) qarşı keçirəcək . Yalnız qrup qalibi elit-raunda vəsiqəni təmin edə biləcək.
Qeyd edək ki, bu qrupun oyunları Ukraynada baş tutacaq.