Həftəiçi Çempionlar Liqasında ''Sportinq''i səfərdə 5:1 hesabı ilə darmadağın edən ''Ayaks'' məhsuldar futbol sərgiləməkdə davam edir.
"Football-plus.az" saytının məlumatına görə, dünən erediviziyanin 5-ci turunda Amsterdam nəhəngi öz meydanında ''Kambur''u qəbul edib. Hər zövqə uyğun qol vuran meydan sahibləri 9:0 hesabı ilə qalib gəldilər. Maraqlıdı ki, 9 qoldan 8-ni fərqli oyunçular öz aktivinə yazdı. Yalnız David Neres dubl etməyə müvəffəq oldu. Erik ten Haqın kollektivi bu mövsüm 7 rəsmi oyunda 27 qol vurub və öz qapısından 6 top buraxıb. 9:0 ''Ayaks''ın Niderland çempionatları tarixindəki ən böyük 3-cü qələbəsidi. Paytaxt təmsilçisi 1972-də ''Vitess''i 12:1 hesabı ilə darmadağın etmişdisə, keçən il ''Venlo''ya 13 cavabsız qol vurmaqla turnirin tarixinin ən böyükhesablı qələbəsini əldə etmişdi.
Qeyd edək ki, ''Ayaks'' sentyabrın 28-də ÇL-in qrup mərhələsinin 2-ci turunda Türkiyə çempionu ''Beşiktaş''ı qəbul edəcək.