Özbəkistan cüdo millisinin üzvü Kamoliddin Rasulov qətlə yetirilib.
“Football-plus.az” saytının məlumatına görə, 29 yaşlı idmançı bıçaqlanıb. Hadisə Özbəkistanın paytaxtı Daşkənddə baş verib. İlkin araşdırmalara görə, onu adı çəkilməyən başqa bir idmançı qətlə yetirib. Kamoliddin Rasulov 2012-ci ildə sambo üzrə dünya çempionu olub. O, həmçinin Avropa çempionatının qızıl medalına sahib çıxıb.