UEFA Gənclər Liqasında iştirak edən "Qəbələ" birinci mərhələdə Niderland "Alkmaar" ilə qarşılaşacaq.
"Football-plus.az” saytının məlumatına görə, artıq oyunu idarə edəcək hakimlər müəyyənləşib. Görüşdə ədaləti Ukrayndan olan hakimlər briqadası qoruyacaq. Matçın baş hakimi Viktor Kopyevski olacaq. Ona həmyerliləri Vitali Skoblya və Vladimir Korotin kömək edəcək. Qarşılaşmada 4-cü hakim funksiyasını Azərbaycandan olan Fərid Hacıyev yerinə yetirəcək.
Qeyd edək ki, "Qəbələ" - "Alkmaar" matçı sentyabrın 29-da saat 17.00-da Qəbələ Şəhər Stadionunda baş tutacaq.