Bu günlərdə Qaret Beylin zədəsinin ciddi olduğu açıqlanmışdı.
Artıq onun aqibətinə aydınlıq gəlib.
La Liqanın 4-cü turunun “Selta” ilə matçından (5:2) əvvəlki məşqdə ağır zədə alan uelsli futblçu növbəti tibbi müayinədən keçib və onun 2 ay meydana çıxa bilməyəcəyi məlum olub. Beləliklə, Qaret “Real”ın növbəti 12 oyununu da buraxacaq. O, La Liqada “Valensiya”, “Malyorka”, “Vilyarreal”, “Espanyol”, “Atletik”, “Barselona”, “Osasuna”, “Elçe” və “Rayo Valyekano” ilə matçlarda oynaya bilməyəcək. Çempionlar Liqasında isə “Şerif”lə növbəti, “Şaxtyor”la hər iki oyunu buraxacaq.
Qeyd edək ki, Beyl “Real”ın oyunçusu olduğu müddətdə artıq 24 dəfə zədə alıb. Onun bu mövsüm La Liqada 3 oyunda meydana çıxıb 1 qol vurduğunu da xatırladaq.