Xəbər verdiyimiz kimi, “Səbail”in qolkiperi Kamran Ağayevlə baş məşqçi Aftandil Hacıyev arasında problem yaşanıb.
Çalışdırıcı itaətsizliyə görə millinin sabiq üzvünü cəzalandırıb. Hətta Kamranı komandadan uzaqlaşdırıb.
Məsələ ilə bağlı redaksiyamıza yeni məlumat daxil olub. Klub rəsmilərinin müdaxiləsindən sonra Hacıyev təcrübəli qolkiperi bağışlayıb. Mütəxəssis onun komanda ilə birgə Qəbələyə getməsinə icazə verib.
Kamran Ağayevin “Qəbələ” ilə görüş üçün səfərə yollandığını klubun mətbuat xidmətinin rəhbəri Mehriban Mürsəlova “Football-plus.az” saytına açıqlamasında təsdiqləyib.
İLKİN SULTANLI