Ris Ceymsin başına iş gəlib.
“Çelsi”nin oyunçusunun evi qarət edilib. O, bu hadisə barədə öz sosial şəbəkə hesablarında paylaşım edib. Ris evinin təhlükəsizlik kameralarının görüntülərini izləyicilərlə bölüşüb.
Qarət hadisəsi onun komandasının Çempionlar Liqasının “Zenit”lə oyunu zamanı olub. 22 yaşlı müdafiəçinin evindən kassa oğurlanıb. Nəticədə futbolçuya ciddi maddi zərər dəyib. Cinayətkarlar həmçinin kassanın içində olan Ceymsin ÇL-də qazandığı qızıl və AÇ-2020-nin finalından sonra boynundan asdığı gümüş medalı oğurlanıb.