"Mançester Siti"nin oyunçusu Natan Akenin atası dünyasını dəyişib.
Niderlandlı müdafiəçi bu haqda “instaqram” səhifəsində paylaşım edib. 26 yaşlı oyunçunun sözlərinə görə, hadisə "şəhərlilər"in evdə "Leyptsiq"ə 6:3 qalib gəldikləri Çempionlar Liqasının oyunu zamanı baş verib. Xəstəxanada müalicə olunan ata oğlu ÇL-də ilk qolunu vurandan bir neçə dəqiqə sonra keçinib:
Ötən ilin avqustundan MS-nin şərəfini qoruyan Ake "Leyptsiq"lə oyunun 16-cı dəqiqəsində hesabı açıb.