Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib. Bu nominasiyada Stipe Peritsa qalib gəlib.
UEFA-nın saytının yaydığı məlumatda “Makkabi”nin (Təl-Əviv) hücumçusunun qrup mərhələsinin ilk turunun ən yaxşısı oyunçusu seçildiyi bildirilib. Peritsa qurumun saytında azarkeşlər arasında keçirilən səsvermədə Lorentso Pelleqrini (Roma), Yonas Vinn (Kopenhagen) və Dario Mareşiçi (LASK) arxada qoyub.
Xatırladaq ki, 26 yaşlı xorvat futbolçu “Alaşkert”ə (Ermənistan) 4:1 hesabı ilə qalib gəldikləri oyunda komandasına bir qol və məhsuldar ötürmə ilə faydalı olmuşdu.